...

Azərbaycanda narkotika alveri ilə məşğul olan əcnəbilərin məhkəməsi başlayıb

Cəmiyyət Materials 11 Yanvar 2010 17:46 (UTC +04:00)
Trend News-un məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Kamboca vətəndaşı Sak Makara və Nigeriya vətəndaşı Odex Emmanuelinin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
Azərbaycanda narkotika alveri ilə məşğul olan əcnəbilərin məhkəməsi başlayıb

Azərbaycan, Bakı, 11 yanvar / Trend , muxbir H.Bağırov/

Azərbaycanda narkotika alveri ilə məşğul olan KambocaNigeriya vətəndaşlarının məhkəməsi başlayıb.

Trend -un məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Kamboca vətəndaşı Sak Makara və Nigeriya vətəndaşı Odex Emmanuelinin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Təqsirləndirilən şəxslər 2009-cu il avqustun 2-də Dövlət Gömrük Komitəsinin əməkdsaşları tərəfindən tutulublar.

Onların Bakı şəhərində aldıqları narkotik vasitəni İstanbul şəhərində tranzit keçirməklə Çinə aparmalı olduğları müəyyən edilib.

Keçirilən əməliyyat tədbirləri nəticəsində saxlanılan şəxslərdən 4 kiloqrama yaxın heroin aşkarlanaraq götürülüb.

Məhkəmə baxışı yanvarın 18-nə təyin edilib.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin qaçaqmalıçılıq (206.2), qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən, küllü miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma (234.4.1, 234.4.3) maddələri ilə ittiham olunurlar.

Xəbər lenti

Xəbər lenti