...

Azərbaycanlı gimnastlar Dünya Kuboku mərhələsində üçüncü yeri tutublar

Cəmiyyət Materials 9 Mart 2010 12:54 (UTC +04:00)
Azərbaycanın qrup komandasının üzvləri qadınlar günündə özlərinə hədiyyə ediblər. Belə ki, Macarıstanın Debresen şəhərində keçirilən bədii gimnastika üzrə Dünya Kuboku uğrunda yarışlarda komanda finalların birində üçüncü yeri tutub.
Azərbaycanlı gimnastlar Dünya Kuboku mərhələsində üçüncü yeri tutublar

Azərbaycan, Bakı, 9 mart / Trend , müxbir M.Əliyev/

Azərbaycanın qrup komandasının üzvləri qadınlar günündə özlərinə hədiyyə ediblər. Belə ki, Macarıstanın Debresen şəhərində keçirilən bədii gimnastika üzrə Dünya Kuboku uğrunda yarışlarda komanda finalların birində üçüncü yeri tutub.

Ceyla Quliyeva, Stefani Trayanova, Anastasiya Prasolova, Nigar Əbdüsəlimova, Cəmilə HüseynovaNigar Mirzəyeva iki ip və üç lentlə son finaldan sonra bürünc medalları əldə ediblər. İlk iki yeri Rusiya və Belarus komandaları bölüşüb. Bu barədə Azərbaycan Gimnastika Federasiyasının məlumatında bildirilir.

"Biz digər finalda beş çənbərlə çıxış etdik", - Azərbaycan yığma komandasının baş məşqçisi Mariana Vasilyeva bildirib. - "Qızlar bu təmrinlərə öz canlarını qoyublar, bütün bacarıqlarını sərf ediblər. Lakin yekunda biz yalnız dördüncü yerlə kifayətlənməli olduq. Bununla yanaşı, nəticələrdən çox razıyam - çünki bu, Dünya Kuboku oyunları mövsümündə ilk yarış idi".

Fərdi yarışların ayrı-ayrı finalında Aliyə Qarayeva və Anna Qurbanova çıxış ediblər. Ən yaxşı nəticəni iplə yarışlarda dördüncü yeri tutan Aliyə Qarayeva göstərib. Həmçinin, Aliyə çənbər və lentlə yarışlarda beşinci yeri, topla yarışlarda yeddinci yeri tutub. Qurbanova beşinci (ip), altıncı (top), səkkizinci (lent) və doqquzuncu (çənbər) yerləri tutub. Dörd növ üzrə yarışların hamısında rusiyalı Yevgeniya Kanayeva qalib gəlib.

Gənc qızlar arasında beynəlxalq turnirin finallarında Lalə Yusifovanın göstəriciləri yüksək olub. Perspektivli 14 yaşlı bakılı gimnast ip və çənbə üzrə iki yarışda beşinci yeri tutub. Jalə Qaratova iplə finala buraxılış əldə edib və altıncı yeri tutub.

Digər beynəlxalq turnirin birində azərbaycanlı gimnast iştirak edib. Lüblyanada keçirilən müxtəlif növlər üzrə yarışlarda Samirə Mustafayeva 22 iştirakçı arasında altıncı yeri tutub.

Baş məşqçinin sözlərinə görə, gimnastlar Macarıstandan Portuqaliyanın Portimao şəhərinə gedəcəklər. Martın 11-14-də orada Dünya Kuboku mərhələsi və gənclər arasında beynəlxalq turnir keçiriləcək. Atlantik okeanının suları ilə yuyulan sahilyanı Debresen şəhərciyində komandaya daha iki gənc gimnast - Aişə Mustafayeva və Yekaterina Prokopenko qatılacaq", - Vasilyeva bildirib.

Martın 13-də isə Moskvada bədii gimnastika festivalı üçün "Alina - 2010" seçmə turniri keçiriləcək. Turnir Uşaqları müdafiə gününə həsr olunur. Azərbaycan bu forumda iki komanda ilə təmsil olunacaq.

Xəbər lenti

Xəbər lenti