...

Azərbaycanlı gimnast Burqasda beşinci yeri tutub

Cəmiyyət Materials 3 May 2010 14:24 (UTC +04:00)
Azərbaycanlı gimnast Dina Qorina Bolqarıstanın Burqas şəhərində keçirilən beynəlxalq turnirdə beşinci yeri tutub.
Azərbaycanlı gimnast Burqasda beşinci yeri tutub

Azərbaycan, Bakı, 3 may /Trend, müxbir M.Əliyev/

Azərbaycanlı gimnast Dina Qorina Bolqarıstanın Burqas şəhərində keçirilən beynəlxalq turnirdə beşinci yeri tutub.

O, halqa ilə yarışın final mərhələsində beşinci yeri tutub. İp və lentlə oyunda Qorina 7-ci nəticəni əldə edib, çoxnövçülükdə isə 9-cu olub. Bu barədə Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

"Hesab edirəm ki, Dina Bolqarıstanda çox yaxşı çıxış edib və mən onun gözlərində inkişaf etmək və irəliyə getmək cəhdi gördüm", - milli yığmamızın baş məşqçisi Mariana Vasilyeva qeyd edib. - "Əlbəttə, onun potensialı var, o ki, qrupda uzun vaxt və kifayət qədər uğurla çıxış edib. Bununla belə, o, hələ ayqı-ayrı predmetlərlə, məsələn, topla diqqət və dəqiqliklə işləməlidir".

Daha bir beynəlxalq tirnir Rusiyanın Vladimir şəhərində keçirilib. Azərbaycanlı gimnastlardan ən yaxşı nəticəni 11 yaşlı Emiliya Bağıyeva (öz yaş qrupunda 4-cü yer) və Nilufər Niftəliyeva (1998-ci il təvəllüdlü, 6-cı yer) göstəriblər.

Mayın 7-9-da isə Fransanın Korbey-Essone şəhərində dünya kubokunun növbəti mərhələsi keçiriləcək. Həmin yarışda Anna Qurbanova və Samirə Mustafayeva iştirak edəcəklər.

Xəbər lenti

Xəbər lenti