...

Azərbaycanın ali məktəblərinə qəbul imtahanlarının nəticələri bu gün açıqlanacaq

Cəmiyyət Materials 4 Avqust 2010 20:43 (UTC +04:00)
Azərbaycanın ali məktəblərinə qəbul imtahanlarının nəticələri çərşənbə günü saat 21:00-da açıqlanacaq.
Azərbaycanın ali məktəblərinə qəbul imtahanlarının nəticələri bu gün açıqlanacaq

Azərbaycan, Bakı, 4 avqust /Trend, müxbir M.Əliyev/

Azərbaycanın ali məktəblərinə qəbul imtahanlarının nəticələri çərşənbə günü saat 21:00-da açıqlanacaq. Bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətinin məlumatında deyilir.

Abituruyentlər daxil olduqları ixtisasların kodlarını Dövlət Komissiyasının internet saytı və ya "Abituriyent" jurnalının xüsusi buraxılışından öyrənə bilərlər.

Məlumata əsasən, Azərbaycanın ali məktəblərinə daxil olmaq imkanına 32 minədək abituriyent malikdir.

Ali məktəblərə daxil olmaq üçün ixtisas kodlarını təsdiqləməyən 700-dək abituriyent müsabiqədən kənar qalıb.

Azərbaycanın ali məktəblərinə 2010-2011-ci tədris ili üçün qəbul imtahanları iyulun 4-dən 23-dək keçirilib.

Bundan əvvəl məlumat verilmişdi ki, imtahanların nəticələri avqustun 5-də açıqlanacaq.

Xəbər lenti

Xəbər lenti