...

Azərbaycanın Ekologiya Nazirliyi jurnalistlər üçün Altıağac Milli Parkına ekskursiya təşkil edib (FOTO)

Cəmiyyət Materials 22 Oktyabr 2010 12:01 (UTC +04:00)
Azərbaycanda Ekologiya İli çərçivəsində media nümayəndələri üçün Altıağac Milli Parkına ekskursiya təşkil olunub.
Azərbaycanın Ekologiya Nazirliyi jurnalistlər üçün Altıağac Milli Parkına ekskursiya təşkil edib (FOTO)

Azərbaycan, Bakı, 22 oktyabr /Trend, müxbir T.Hacıyev/

Azərbaycanda Ekologiya İli çərçivəsində media nümayəndələri üçün Altıağac Milli Parkına ekskursiya təşkil olunub. Bu barədə şənbə günü Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyi mətbuat xidmətindən məlumat veriblər.

Məlumatda qeyd olunur ki, oktyabrın 21-də "2010 - Ekologiya ili - Yaşıl dünya naminə" devizi altında təşkil olunmuş tədbir media nümayəndələrini Altıağac Milli Parkının flora və faunası, eləcə də Milli Park nəzdində fəaliyyət göstərən Vəhşi Təbiətin Bərpası Mərkəzi və Reabilitasiya Klinikası ilə tanış etmək məqsədi daşıyıb.

Ölkənin 30-a yaxın aparıcı KİV nümayəndələrinin qatıldığı press-tur zamanı Altıağac Milli Parkının mühafizə işləri üzrə direktor müavini Paşa Məmmədov jurnalistlərə park haqqında geniş məlumat verərək, onları maraqlandıran sualları cavablandırıb.

Ərazisi 11 035 hektar olan Milli Park 2004-cü ildə yaradılıb. Milli Parkın yaradılmasında əsas məqsəd Böyük Qafqazın cənub-şərq yamaclarının təbii landşaftlarının, flora və fauna növlərinin qorunub-saxlanılması, bərpası, təbii komplekslərin mühafizəsinin gücləndirilməsi, ekoloji monitorinqin həyata keçirilməsi, eləcə də tədqiqatlar, turizm və istirahət (rekreasiya) üçün şəraitin yaradılması və əhalinin ekoloji cəhətdən maarifləndirilməsinin təşkilidir.

Xəbər lenti

Xəbər lenti