...

Mədəniyyət və turizm naziri Nabrandakı turizm obyektlərinin vəziyyəti ilə tanış olub

Cəmiyyət Materials 20 İyul 2011 12:22 (UTC +04:00)
Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Qusarda tikilən Şahdağ Yay Qış Turizm Kompleksinin tikinti işləri ilə tanış olub.
Mədəniyyət və turizm naziri Nabrandakı turizm obyektlərinin vəziyyəti ilə tanış olub

Azərbaycan, Bakı, 20 iyul /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Qusarda tikilən Şahdağ Yay Qış Turizm Kompleksinin tikinti işləri ilə tanış olub. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, nazirin iştirakı ilə layihənin tikinti işlərini aparan yerli və xarici şirkətlərin rəhbərləri ilə geniş müşavirə keçirilib.

Qarayev Nabran zonasında fəaliyyət göstərən turizm obyektlərinin vəziyyəti ilə də tanış olub. O, burada istirahət edən insanlarla söhbət edib. Həmçinin Xaçmaz və Şabran rayonlarının mədəniyyət obyektlərinə baxıb.

Nazir Xaçmaz və Şabran rayonlarında mədəniyyət və turizm sahələri üzrə müvafiq göstərişlər verib.

Xəbər lenti

Xəbər lenti