...

Astronomlar almazlardan ibarət planet aşkar ediblər

Cəmiyyət Materials 26 Avqust 2011 17:40 (UTC +04:00)
Astronomlar almazlardan ibarət planet aşkar ediblər. Trend-in məlumatına görə, bu barədə "Kazakhstan Today" xəbər verir.
Astronomlar almazlardan ibarət planet aşkar ediblər

Azərbaycan, Bakı, 26 avqust /Trend/

Astronomlar almazlardan ibarət planet aşkar ediblər. Trend-in məlumatına görə, bu barədə "Kazakhstan Today" xəbər verir.

"Səmanın ulduz xəritəsində almazlardan ibarət qeyri-adi planet meydana çıxıb", - İTAR-TASS yazır.

Planet Yerdən 4 min işıq ili məsafədə yerləşən J1719-1438 ulduzunun öyrənilməsi zamanı aşkar edilib. Cəmi 20 kilometr diametrə malik pulsarlar sinfinə aid qeyri-adi göy cismi öz oxu ətrafında saniyədə bir neçə yüz dəfə dövr edərək güclü radiodalğalar saçır. Lakin bu radiodalğaların qeyri-nizami pulsasiyası alimlərdə onların yolunun üstündə əngəl törədən hansısa kosmik obyektin durması barədə fikir yaradıb.

Süd Yolu kəhkəşanının bu sektorunu diqqətlə öyrənən alimlər gözlənilmədən diametri 60 min kilometrə çatan (Yerdən beş dəfə böyük) nəhəng göy cismi ilə üzləşiblər. Astronomlar iddia edirlər ki, çəkisi Yer kürəsindən 300 dəfə ağır olan bu planet böyük sönmüş ulduzun bir hissəsidir. Sönərkən bu ulduzun özündən sonra yalnız karbon və oksigen birləşmələrindən ibarət Yerdəki almazlara bənzər nüvə qalıb.

Xəbər lenti

Xəbər lenti