...

Azərbaycanla ÜST-nin Avropa Regional Bürosu arasında əməkdaşlıq haqqında sənəd imzalanacaq

Cəmiyyət Materials 9 Sentyabr 2011 12:44 (UTC +04:00)
Azərbaycanla Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Bürosu arasında əməkdaşlıq haqqında sənəd imzalanacaq.
Azərbaycanla ÜST-nin Avropa Regional Bürosu arasında əməkdaşlıq haqqında sənəd imzalanacaq

Azərbaycan, Bakı, 9 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanla Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Bürosu arasında əməkdaşlıq haqqında sənəd imzalanacaq. Trend-in məlumatına görə, bunu bu gün keçirdiyi konfransında ÜST-nin Avropa Regional Bürosunun rəhbəri Zsuzsanna Jakob bildirib.

Onun sözlərinə görə, sənəd növbəti il üçün əməkdaşlığı nəzərdə tutur. Sənəd Büronun Bakıda keçiriləcək 61-ci sessiyasında imzalanacaq.

Sənədi Azərbaycan tərəfdən səhiyyə naziri Oqtay Şirəliyev, ÜST tərəfdən isə Zsuzsanna Jakob imzalayacaq.

Sentyabrın 12-15-də Bakıda ÜST-nin Avropa Regional Bürosunun 61-ci sessiyası keçiriləcək.

Xəbər lenti

Xəbər lenti