...

Rusiyanın səhiyyə nazirinin müavini ölkələri qeyri-infeksion xəstəliklərin qarşısını almağa çağırır

Cəmiyyət Materials 13 Sentyabr 2011 11:57 (UTC +04:00)
Ölkələr qeyri-infeksion xəstəliklərin qarşısını almasalar, insanların rifahı və sağlamlığının qayğısına qalmaq mümkün olmayacaq.
Rusiyanın səhiyyə nazirinin müavini ölkələri qeyri-infeksion xəstəliklərin qarşısını almağa çağırır

Azərbaycan, Bakı, 13 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Ölkələr qeyri-infeksion xəstəliklərin qarşısını almasalar, insanların rifahı və sağlamlığının qayğısına qalmaq mümkün olmayacaq. Trend-in məlumatına görə, bunu Rusiyanın səhiyyə və sosial inkişaf nazirinin müavini Veronika Skvortsova jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, şənbə günü BMT-nin Baş Assambleyasında qeyri-infeksion xəstəliklərlə bağlı yüsək səviyyədə görüş keçiriləcək.

Təsadüfi deyil ki, ÜST-nin baş direktoru Marqaret Çan da açıqladı ki, qeyri-infeksion xəstəliklərin müalicəsinə 30 triltyon dollar lazımdır", - nazir müavini qeyd edib.

O əlavə edib ki, hər kəsin keyfiyyətli tibbi yardım ala bilməsi üçün profilaktikanın prioritetlərini saxlamaq yeganə effektiv addımdır.

Skvortsova hesab edir ki, profilaktika ümumölkə sektorlararsı xarakter daşımalıdır.

"Təsadüfi deyil ki, biz Ümumdünya Səhiyyə Təşkilatının iclaslarında da tez-tez deyirik ki, hökumətin hər bir naziri həm də səhiyyə naziri olmalıdır", - nazir müavini əlavə edib.

Xəbər lenti

Xəbər lenti