...

Bakı dünyanın turizm mərkəzlərindən biri ola bilər - Vyananın vitse-meri

Cəmiyyət Materials 20 Sentyabr 2011 13:20 (UTC +04:00)
Gələcəkdə Bakı dünyanın turizm mərkəzlərindən biri ola bilər. Trend-in məlumatına görə, bunu Bakıda keçirilən Azərbaycan-Avstriya Biznes Forumunda Vyananın vitse-meri Renate Brauner deyib.
Bakı dünyanın turizm mərkəzlərindən biri ola bilər - Vyananın vitse-meri

Azərbaycan, Bakı, 20 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Gələcəkdə Bakı dünyanın turizm mərkəzlərindən biri ola bilər. Trend-in məlumatına görə, bunu Bakıda keçirilən Azərbaycan-Avstriya Biznes Forumunda Vyananın vitse-meri Renate Brauner deyib. Onun sözlərinə görə, Azərbaycanın və Bakının böyük turizm potensialı var.

Brauner Azərbaycanla Avstriya arasında bir çox sahələr üzrə yaxşı əməkdaşlıq əlaqələrinin qurulduğunu bildirib. O, Avstriyanın Azərbaycanın turizm sahəsində gördüyü işləri dəstəklədiyini qeyd edib.

Vitse-mer Azərbaycanda Şahdağ Qış-Yay Turizm Kompleksinin tikintisində Avstriya şirkətinin iştirak etməsini də çox müsbət hal kimi dəyərləndirib.

Xəbər lenti

Xəbər lenti