...

Bakıda irsi qan xəstəliklərindən əziyyət çəkən uşaqlar üçün qanvermə aksiyası keçiriləcək

Cəmiyyət Materials 29 Sentyabr 2011 12:06 (UTC +04:00)
"Qan Donorları Assosiasiyası" İctimai Birliyi 18 oktyabr - Müstəqillik Gününə həsr olunmuş "Yaşamağım üçün qan verərsən?" şüarı altında irsi qan xəstəliklərindən əziyyət çəkən uşaqlar üçün könüllü qanvermə aksiyası təşkil edəcək.
Bakıda irsi qan xəstəliklərindən əziyyət çəkən uşaqlar üçün qanvermə aksiyası keçiriləcək

Azərbaycan, Bakı, 29 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

"Qan Donorları Assosiasiyası" İctimai Birliyi 18 oktyabr - Müstəqillik Gününə həsr olunmuş "Yaşamağım üçün qan verərsən?" şüarı altında irsi qan xəstəliklərindən əziyyət çəkən uşaqlar üçün könüllü qanvermə aksiyası təşkil edəcək.

İB-dən cümə axşamı Trend-ə verilən məlumata görə, aksiya oktyabrın 17-də saat 12:00-dan 17:00-dək Mərkəzi Qan Bankında keçiriləcək. Aksiyada sağlamlığında məhdudiyyətlər olmayan (boyu 160 sm və çəkisi 55 kq-dan yuxarı olan, virus xəstəlikləri hepatit A,B, C və İİV daşıyıcısı olmayan) hər bir kəs iştirak edə bilər.

Toplanan qanlar irsi qan xəstəliklərindən əziyyət çəkən şəxslərin müalicəsində təmənnasız istifadə olunacaq.

"Qan Donorları Assosiasiyası" İctimai Birliyi gəncləri aksiyada fəal olmağa çağırıb.

Xəbər lenti

Xəbər lenti