...

Azərbaycan yığmasının baş məşqçisi istefa verib

Cəmiyyət Materials 30 Sentyabr 2011 17:58 (UTC +04:00)
Yunan-Roma güləşi üzrə Azərbaycan yığma komandasının baş məşqçisi Fərid Mansurov öz postundan istefa verib.
Azərbaycan yığmasının baş məşqçisi istefa verib

Azərbaycan, Bakı, 30 sentyabr /Trend, müxbir T.Hacıyev/

Yunan-Roma güləşi üzrə Azərbaycan yığma komandasının baş məşqçisi Fərid Mansurov öz postundan istefa verib.

Trend-in məlumatına görə, onun istefasına səbəb bəzi güləşçilərimizin Türkiyənin İstanbul şəhərində keçirilən sonuncu dünya çempionatında zəif çıxışı olub.

Dünya çempionatında 60 kq çəki dərəcəsində mübarizə aparan Həsən Əliyev, 66 kq çəki dərəcəsində mübarizə aparan Vitali Rəhimov və Rafiq Hüseynovdan çox şey gözlənilsə də, onlar zəif nəticə göstərərək London Olimpiadasına lisenziya qazana bilməyiblər.

Mansurov yenə də bu idman növündə qaldığını və güləşin inkişafı üçün əlindən gələni edəcəyini deyib.

Xəbər lenti

Xəbər lenti