...

Azərbaycanda yeni alüminium zavodu yüksək keyfiyyətli alüminium ixracatına başlayır

Cəmiyyət Materials 21 Oktyabr 2011 16:40 (UTC +04:00)
Noyabrda "DETAL AZE" ticarət nişanlı yüksək keyfiyyətli A-7 markalı alüminium külçələri satış məqsədilə dünya bazarına çıxarılacaq.
Azərbaycanda yeni alüminium zavodu yüksək keyfiyyətli alüminium ixracatına başlayır

Azərbaycan, Bakı, 21 oktyabr /Trend, müxbir E.İsmayılov/

Noyabrda "DETAL AZE" ticarət nişanlı yüksək keyfiyyətli A-7 markalı alüminium külçələri satış məqsədilə dünya bazarına çıxarılacaq.

"DETAL Alüminium Kompleksi"ndən cümə günü Trend-ə bildiriblər ki, oktyabr 1-də başlayan elektroliz prosesi texnologiyaya əsasən növbəti 40-50 gün ərzində tam istehsalat səviyyəsinə çatacaq.

Gəncədə həyata keçirilən ölkənin metallurgiya sənayesində ən böyük layihələrdən biri illik istehsal gücü 100,000 ton olan Gəncə Yeni Alüminium Kompleksinin tikintisidir. Layihə "Det-Al Alüminium" şirkəti tərəfindən həyata keçirilir. Layihənin əsas məqsədi alüminium sənayesini inkişaf etdirməklə, surətlə inkişaf edən ölkəmizi ən önəmli və gələcəyi olan qeyri-neft sənaye sektorlarından birinə çevirməkdir.

Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 3 mart 2008-ci ildə təməli qoyulmuş "DETAL Alüminium Kompleksi"nin illik istehsal gücü 50,000 ton olan birinci fazasının tikintisi başa çatdırılıb və 1 oktyabr 2011-ci il tarixindən fəaliyyətə başlayıb.

Məlumata görə, kompleks dünyanın ən müasir texnologiyalarına əsaslanaraq inşa edilib. Mühəndis layihələndirilməsi dünyanın aparıcı şirkəti olan GAMI şirkəti tərəfindən həyata keçirilib. Kompleksin inşasını son 35 ildə 45-dən çox zavodun "açar təslimi" inşaatını həyata keçirmiş Çin Xalq Respublikasının SMEC şirkəti yerinə yetirib.

Müasir texnologiyaların tətbiqi xammal və elektrik enerjisinindən daha da səmərəli istifadəni təmin edir. Belə ki, burada 1 ton alüminiumun istehsalına 13,5 min kilovat-saat elektrik enerjisi sərf edilir, bu da hazırda MDB məkanında fəaliyyət göstərən oxşar müəssisələrlə müqayisədə təxminən 6 min kilovat-saat azdır.

Məlumatda qeyd olunub ki, kompleksin gözlənilən tikinti və istismar dövrü üçün ətraf mühitə təsiri diqqətlə araşdırılıb, texnologiya seçilərkən regionun iqlim xüsusiyyətləri nəzərə alınıb, atmosferə atılan tullantıların gözlənilən miqdarı araşdırılıb. Kompleksdə tətbiq edilən müasir quru qaz təmizləmə sistemləri elektroliz prosesi zamanı yaranan tullantıların 98,5%-nin atmosferə buraxılmasının qarşısını alınmasını təmin edir.

Alüminium Kompleksinin 1-ci fazası olan illik 50,000 ton ilkin alüminium zavodunun işə başlanması nəticəsində Gəncədə 600 nəfər işlə təmin olunub. Burada işçilərə xüsusi təlimlər keçirilir, bilik səviyyələrinin artırılmasına yönəldilmiş proqramlar alüminium istehsalı sahəsində gənc peşəkar kadrların yaranmasına zəmin yaradır.

Kompleksdə qurulan avtomatik nəzarət sistemi elektroliz təknələri və digər avadanlıqları avtomatik idarəetmə sistemi ilə 24 saat daim nəzarətdə saxlayır. Hazırkı mərhələdə Detal Alüminium Kompleksində 50,000 ton ilkin alüminium istehsal edən Elektroliz zavodu, Anod prosesləri zavodu, İsti metal tökmə və fasiləsiz yayma zavodu, 110 kVt-luq yarımstansiya, Silisium düzləndirici yarımstansiya, Elektroliz zavodunun idareetmə mərkəzi, Gil-torpaq qəbul və nəqli sahəsi, Quru qaz təmizləmə sahəsi, kompressor sahəsi, Dövrü su sistemləri və soyutma qüllələri, Qaz paylayıcı stansiya, Yanğın söndürmə sistemləri, Fülorid, Anod və Katod karbon bloku anbarları, Administrativ ofis binası, Laboratoriya binası, Yeməkxama və Məişət binası, Tibb məntəqəsi və digər yardımçı sex və təsərrüfat binaları tikilərək istifadəyə verilib.

Xəbər lenti

Xəbər lenti