...

Fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri mükafatlandırılıblar.

Cəmiyyət Materials 29 Dekabr 2011 21:19 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 dekabr / Trend müxbir M.Əliyev/

Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) təşkil etdiyi fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri cümə axşamı mükafatlandırılıblar.

Trend-in məlumatına görə, mükafatlandırma mərasimində Fondun icraçı direktoru Vüqar Səfərli bildirib ki, müsabiqəyə təqdim olunan 76 yazınının içərisində qalibləri 9 ekspert qiymətləndirib.

Onun sözlərinə görə, fəaliyyət göstərdiyi 3 ildə Fondun təşkilatçılığı və yaxud dövlət qurumları ilə birgə keçirdiyi müsabiqələrdə 350 jurnalist qalib elan olunub.

"Müsabiqələri keçirməkdə əsas məqsəd jurnalistlərin peşəkarlığının artırılması və onların sosial vəziyyətinin yaxşılaşdırılmasıdır", - o bildirib.

Tədbirdə çıxış edən Azərbaycan Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib ki, fəaliyyət göstərdiyi 3 il ərzində KİVDF Azərbaycan mediasının maddi-mənəvi bazasının yüksəldilməsi, jurnalistlərin peşəkarlığının artırılması, söz və mətbuat azadlığının təmin olunması sahəsində çox işlər görüb.

"Bu işlər davam etdiriləcək. Bu Azərbaycan dövlətinin siyasətidir", - o deyib.

Həsənov bildirib ki, bu gün Azərbaycan dövləti söxün həqiqi mənasında KİV-lərə, onların nümayəndələrinə qayğını, onların maddi-texniki prolemlərinin həllini öz vəzifəsi və borcu hesab edir.

"Biz jurnalistlərsiz, azad sözsüz, azad mətbuatsız Azərbaycan cəmiyyətinin nə keçmişini, nə bu gününü, nə gələcəyini təsəvvür edə bilmərik", - o deyib.

Xəbər lenti

Xəbər lenti