...

Azərbaycanda sosial müdafiəyə ehtiyacı olan uşaqlar üçün bayram şənliyi keçirilib

Cəmiyyət Materials 16 Mart 2012 10:25 (UTC +04:00)
Azərbaycanda sosial müdafiəyə ehtiyacı olan uşaqlar üçün bayram şənliyi keçirilib.
Azərbaycanda sosial müdafiəyə ehtiyacı olan uşaqlar üçün bayram şənliyi keçirilib

Azərbaycan, Bakı, 16 mart / Trend müxbir M.Əliyev/

Azərbaycanda sosial müdafiəyə ehtiyacı olan uşaqlar üçün bayram şənliyi keçirilib.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən cümə günü Trend-ə verilən məlumata görə, Nazirliyin təşkilatçılığı ilə Novruz bayramı münasibəti ilə təşkil olunan şənliyin əsas məqsədi sosial müdafiəyə ehtiyacı olan uşaqlara dövlət qayğısının artırılması, eyni zamanda onların asudə vaxtlarının səmərəli və mənalı təşkil edilməsidir.

Şənlikdə Bakıda fəaliyyət göstərən internat məktəblərindən 600-ə yaxın valideyn himayəsindən məhrum olmuş, əlilliyi olan uşaqlar, eyni zamanda məcburi köçkün ailələrindən olan uşaqlar iştirak ediblər. Uşaqlara bayram hədiyyələri təqdim edildikdən sonra şənlik bayram süfrəsi ətrafında tanınmış estrada ulduzları və klounların iştirakı ilə davam edib.

Xəbər lenti

Xəbər lenti