...

Bakıda “İslam Əməkdaşlıq Təşkilatı Modeli- 2012” təhsil proqramı layihəsinin bağlanış mərasimi keçirilir

Cəmiyyət Materials 5 İyun 2012 11:54 (UTC +04:00)
Bu gün Bakıda Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı (İƏT) Gənclər Forumu - "İslam Əməkdaşlıq Təşkilatı Modeli - 2012" təhsil proqramı layihəsinin bağlanış mərasimi keçirilir.
Bakıda “İslam Əməkdaşlıq Təşkilatı Modeli- 2012” təhsil proqramı layihəsinin bağlanış mərasimi keçirilir

Azərbaycan, Bakı, 5 iyun /Trend, müxbir M.Əliyev/

Bu gün Bakıda Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı (İƏT) Gənclər Forumu - "İslam Əməkdaşlıq Təşkilatı Modeli - 2012" təhsil proqramı layihəsinin bağlanış mərasimi keçirilir.

Trend-in məlumatına görə, mərasimdə Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov, Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə, gənclər və idman naziri Azad Rəhimov, Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İsgəndərov, Azərbaycanda akkreditə olunan diplomatik korpus rəhbərləri, dövlət və hökumət rəsmiləri iştirak edirlər.

Çıxışlarda layihənin əhəmiyyəti barədə söhbət açılıb, "İƏT-in XİN başçıları toplantısı" modelində qələbə qazanan işçi qruplar, həmçinin daha çox fərqlənən tələbə və iştirakçılar xüsusi mükafatlarla təltif olunublar.

Layihə Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun təşkilatçılığı, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Gənclər və İdman Nazirliyi, Gənc Sahibkarlar Şəbəkəsi və BDU-nun tərəfdaşlığı ilə icra olunub.

Xəbər lenti

Xəbər lenti