...

Milli Məclisin deputatı Novruz Aslanov İsmayıllıda seçiciləri ilə görüşüb (FOTO)

Cəmiyyət Materials 14 İyun 2012 11:22 (UTC +04:00)
Millət vəkilinin seçki qərərgahəndan Trend-ə verilən məlumata görə, iyunun 13-də millət vəkili növbəti dəfə İsmayıllı şəhərindəki ofisində sakinləri qəbul edib.
Milli Məclisin deputatı Novruz Aslanov İsmayıllıda seçiciləri ilə görüşüb (FOTO)

Azərbaycan, Bakı, 14 iyun /Trend, müxbir K.Zərbalıyeva/

Milli Məclisin deputatı Novruz Aslanovun İsmayıllı rayonuna səfərləri davam edir.

Millət vəkilinin seçki qərargahından Trend-ə verilən məlumata görə, iyunun 13-də millət vəkili növbəti dəfə İsmayıllı şəhərindəki ofisində sakinləri qəbul edib.

Həmişə olduğu kimi, bu dəfə də deputat hər bir seçicini fərdi qaydada qəbul edib, onları dinləyib. Qaldırılan məsələlər əsasən sosial yönümlü olub. Ayrı-ayrı sakinlər şəxsi məişət problemləri barədə də millət vəkilinə müraciət ediblər. Bir neçə məsələ ilə bağlı deputat müvafiq qurumlara müraciət ediləcəyini bildirib.

Məlumat üçün bildirək ki, seçicilərlə mütəmadi olaraq görüşlərin keçirilməsi, onları hər həftə qəbul etmək deputat Novruz Aslanovun əsas fəaliyyət istiqamətlərindən biridir.

Bu məqsədlə millət vəkili hər həftə İsmayıllı rayonuna səfər edir. Belə görüşlər səyyar şəkildə kəndlərdə də keçirilir.

Xəbər lenti

Xəbər lenti