...

Dövlət Sosial Müdafiə Fondunun yeni loqosunun hazırlanması ilə bağlı müsabiqə keçirilir

Cəmiyyət Materials 20 İyun 2012 13:01 (UTC +04:00)
Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu yeni loqosunun hazırlanması ilə bağlı müsabiqə elan edir.
Dövlət Sosial Müdafiə Fondunun yeni loqosunun hazırlanması ilə bağlı müsabiqə keçirilir

Azərbaycan, Bakı, 20 iyun /Trend/

Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu yeni loqosunun hazırlanması ilə bağlı müsabiqə elan edir. Müsabiqə Dövlət Sosial Müdafiə Fondunun 20 illik yubileyinin keçirilməsi ilə bağlı "Tədbirlər planı"na uyğun olaraq keçirilir.

Fondun İctimaiyyətlə əlaqələr sektorundan çərşənbə günü Trend-ə verilən məlumata görə, loqonun hazırlanması ilə əlaqədar müsabiqənin təşkil olunması məqsədilə Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümovun əmri ilə Fondun Aparatında xüsusi komissiya yaradılıb.

Müsabiqənin şərtlərinə əsasən, iştirakçılar Azərbaycan Prezidentinin 31 avqust 2002-ci il tarixli fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu haqqında "Əsasnamə"yə uyğun olaraq Dövlət Sosial Müdafiə Fondunun fəaliyyət istiqamətlərini özündə əks etdirən loqo işləyib hazırlamalı və 15 sentyabr 2012-ci il tarixə kimi Komissiyaya təqdim etməlidirlər.

Müsabiqədə I yeri tutan qalib 1000 (bir min) manat məbləğində pulla mükafatlandırılacaq.

Xəbər lenti

Xəbər lenti