...

Respublika Seysmoloji Xidmət Mərkəzi Avropa Seysmoloji Komissiyasının assosiativ üzvü seçilib

Cəmiyyət Materials 27 Avqust 2012 13:56 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzi (RSXM) Avropa Seysmoloji Komissiyasının assosiativ üzvü seçilib.
Respublika Seysmoloji Xidmət Mərkəzi Avropa Seysmoloji Komissiyasının assosiativ üzvü seçilib

Azərbaycan, Bakı, 27 avqust /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzi (RSXM) Avropa Seysmoloji Komissiyasının assosiativ üzvü seçilib.

Mərkəzdən bazar ertəsi Trend-ə verilən məlumata görə, avqustun 19-24-də Moskvada Avropa Seysmoloji Komissiyasının Baş Assambleyasının toplantısı keçirilib.

İclasda RSXM-in baş direktoru, geologiya-minerologiya elmləri doktoru Qurban Yetirmişli və Zəlzələlərin Tədqiqatı Bürosunun mühəndis-proqramçısı Vüqar Fərəcov iştirak ediblər.

Tədbirdə baş direktor RSXM-in Avropa Seysmoloji Komissiyasına üzvlüyü ilə bağlı təklif irəli sürüb. Təklif Baş Assambleya üzvləri tərəfindən müsbət qarşılanıb və Mərkəz Avropa Seysmoloji Komissiyasının assosiativ üzvü seçilib.

Avropa Seysmoloji Komissiyasının Baş Assambleyasının növbəti iclası 2014-cü ilin 19-24 avqust tarixində İstanbulda keçiriləcək. Həmin toplantıda RSXM təşkilatın tamhüquqlu üzvü statusu alacaq. Həmçinin, AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin Avropa Seysmoloji Komissiyasının Baş Assambleyasının 2016-cı il toplantısının Bakıda keçirilməsi ilə bağlı təklifinə də İstanbul toplantısında baxılacaq.

Xəbər lenti

Xəbər lenti