...

Valideynlərin nəzərinə: Uşaqların normal inkişaf göstəriciləri (FOTO)

Cəmiyyət Materials 29 Avqust 2012 15:30 (UTC +04:00)
Azərbaycan Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi “İlkin səhiyyə səviyyəsində erkən müdaxilə proqramının tətbiqi ilə sağlamlıq imkanları məhdud olan uşaqların aşkarlanması üzrə klinik protokol”da 6 yaşadək uşaqların boy, çəki göstəricilərini açıqlayıb
Valideynlərin nəzərinə: Uşaqların normal inkişaf göstəriciləri (FOTO)

Azərbaycan, Bakı, 29 avqust /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi "İlkin səhiyyə səviyyəsində erkən müdaxilə proqramının tətbiqi ilə sağlamlıq imkanları məhdud olan uşaqların aşkarlanması üzrə klinik protokol"da 6 yaşadək uşaqların boy, çəki göstəricilərini açıqlayıb.

Trend-in məlumatına görə, erkən uşaq yaşlarında normal inkişafı göstərən Ümumdünya Səhiyyə Təşkilatının bu standartları hər yerdə etnik mənsubiyyətdən, sosial-iqtisadi vəziyyətdən və qidalanmanın növündən asılı olmadan uşaqların qiymətləndirilməsində istifadə oluna bilər.

Həyatlarının ilk 6 ayında körpələr həftədə çəkilərini 200 q, boylarını 1 sm artırırlar. Vaxtında doğulmuş uşaqlar 1 yaşlarınadək çəkilərini 3 dəfə, boylarını 1,5 dəfə artırırlar.

Qrafikadakı yaşıl xətt "orta qızıl sərhəd" hesab olunur. Əgər çəki artımı eynilə yaşıl xəttə uyğun gəlirsə, bu, yaxşı əlamətdir və əksər uşaqlara məxsusdur.

Qırmızı xətlərin arasındakı diapazon norma daxilidir. Çəki göstəricisi qırmızı xətlərdən nə qədər uzaq olarsa, sağlamlığın bir o qədər çox pozulmalarından xəbər verir.

Qara xətlər çəkinin normal artımının son sərhədləridir. Hətta çəki göstəricisi qara xətlərə yaxınlaşırsa, bu, bir o qədər də pis göstərici deyil. Lakin göstərici qara xətlərdən kənardadırsa, körpənin çəki artımından narahat olmağa əsas var.

Valideynlərin marağını nəzərə alaraq, həmin qrafikaları təqdim edirik.

Qeyd edək ki, hazırda layihə formasında olan klinik protokol müzakirəyə təqdim edilib.

Protokol 6 yaşadək uşaqların inkişafdan geri qalmasını erkən aşkarlamaq və əlilliyin qarşısını almaq və ya dərəcəsini azaltmaq, bununla da belə uşaqların həyat keyfiyyətini yaxşılaşdırmaq üzrə sübutlu təbabətə əsaslanan müasir metodik tövsiyələrin verilməsi məqsədini daşıyır.

Xəbər lenti

Xəbər lenti