...

Baş Prokurorluq Quba hadisələrində təqsirləndirilən şəxslərə təzyiq göstərilməsi xəbərini təkzib edir

Cəmiyyət Materials 17 Oktyabr 2012 18:28 (UTC +04:00)
Respublika Prokurorluğunun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bəzi kütləvi informasiya vasitələrində "Xəyal" müstəqil teleradio şirkətinin icraçı direktoru Vüqar Qonaqov və baş redaktoru Zaur Quliyevin müdafiə hüquqlarının pozulması, onlara təzyiq göstərilərək müdafiəçilərdən imtina etmələrinin tələb olunması hallarına yol verilməsi barədə əsassız və həqiqətə uyğun olmayan məlumatlar dərc edilib.
Baş Prokurorluq Quba hadisələrində təqsirləndirilən şəxslərə təzyiq göstərilməsi xəbərini təkzib edir

Azərbaycan, Bakı, 17 oktyabr /Trend/

Baş Prokurorluq Quba hadisələrində təqsirləndirilən şəxslərə təzyiq göstərilməsi barədə yayılan məlumatları təkzib edir.

Respublika Prokurorluğunun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bəzi kütləvi informasiya vasitələrində "Xəyal" müstəqil teleradio şirkətinin icraçı direktoru Vüqar Qonaqov və baş redaktoru Zaur Quliyevin müdafiə hüquqlarının pozulması, onlara təzyiq göstərilərək müdafiəçilərdən imtina etmələrinin tələb olunması hallarına yol verilməsi barədə əsassız və həqiqətə uyğun olmayan məlumatlar dərc edilib.

Həmin informasiyalar hadisələrin əsl mahiyyətini təhrif etmək, ictimaiyyətin fikrini yayındırmaq və istintaqın normal gedişinə mane olmaq məqsədi güddüyündən tərəfimizdən qəti şəkildə təkzib olunur.

Belə ki, 1 mart 2012-ci il tarixdə Quba şəhərində ictimai qaydanın kobud surətdə pozulmasına səbəb olan hərəkətlərin təşkili, həmin hərəkətlərdə fəal iştirak etmə və s. faktlar üzrə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində istintaq olunan cinayət işi üzrə təqsirləndirilən şəxslər Vüqar Qonaqov və Zaur Quliyev dindirilərkən, şübhəli şəxs qismində tutularkən, onlara ittiham elan olunarkən, barələrində həbs qətimkan tədbiri seçilərkən və onlarla bağlı digər istintaq hərəkətləri yerinə yetirilərkən Azərbaycan Respublikasının Cinayət-Prossesual qanunvericiliyində təsbit olunan hüquqları, o cümlədən hüquqi yardım almaq hüquqları tam təmin edilib, bütün istintaq hərəkətləri istisnasız olaraq müdafiəçilərinin iştirakı ilə keçirilib.

Göstərilənlərlə yanaşı, onların müdafiəçilərinin vəsatət və müraciətlərinə Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulan qaydada və müddətlərdə baxılması təmin edilir.

Bundan başqa, 9 oktyabr 2012-ci il tarixdə təqsirləndirilən şəxs Vüqar Qonaqovun vəkili Rəşid Hacılı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Baş prokurorun birinci müavini Rüstəm Usubov tərəfindən istintaq qrupunun rəhbəri, Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin xüsusilə mühüm işlər üzrə böyük müstəntiqi İbrahim Ləmbəranskinin iştirakı ilə qəbul edilib və Vüqar Qonaqovun müvəqqəti saxlama təcridxanasında saxlanılarkən onunla qeyri-insani rəftar olunmasına dair müraciətində göstərilən xüsusatların ayrıca icraatda araşdırılması barədə konkret göstəriş verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti