...

Əfqanıstanda həlak olmüş gürcü hərbçilərin ailələrinə ömürlük təqaüd verilə bilər

Cəmiyyət Materials 2 Yanvar 2013 12:46 (UTC +04:00)
Gürcüstan Prezidenti Mixail Saakaşvili Əfqanıstanda öhdəliklərinin icrası zamanı həlak olmuş gürcü sülhməramlıların ailələrinə ömürlük təqaüd verilməsini təklif edib.
Əfqanıstanda həlak olmüş gürcü hərbçilərin ailələrinə ömürlük təqaüd verilə bilər

Gürcüstan, Tbilisi, 2 yanvar /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstan Prezidenti Mixail Saakaşvili Əfqanıstanda öhdəliklərinin icrası zamanı həlak olmuş gürcü sülhməramlıların ailələrinə ömürlük təqaüd verilməsini təklif edib. Bu barədə çərşənbə günü Trend-ə Prezident Administrasiyasından məlumat verilib.

"Gürcüstan qanunvericiliyi ilə nəzərdə tutulan kompensasiyalardan başqa, Əfqanıstanda həlak olmuş gürcü sülhməramlıların ailələrinə ömürlük təqaüd təyin olunacaq", - Saakaşvili Əfqanıstanın Gilmənd vilayətində Gürcüstanın sülhməramlı kontingentinin hərbçiləri ilə görüşündə deyib.

Prezident müvafiq qanun layihəsinin baxılmaq üçün ölkə parlamentinə təqdim ediləcəyini bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti