...

"Hocalı Soykırımı: Tanıkların dili ile" kitabının İqdır və Qarsda təqdimatı olacaq

Cəmiyyət Materials 11 Fevral 2013 17:03 (UTC +04:00)
Millət vəkili Qənirə Paşayeva və Dağlıq Qarabağın Azərbaycanlı İcmasının İdarə heyətinin üzvü Həvva Məmmədovanın həmmüəllifliyi ilə hazırlanmış və Xocalı soyqırımını şahidlərin dili ilə oxucuya çatdıran “Hocalı Soykırımı: Tanıkların dili ile” kitabı fevralın 16-da İqdır, 17-də isə Qars ictimaiyyətinə təqdim olunacaq.
"Hocalı Soykırımı: Tanıkların dili ile" kitabının İqdır və Qarsda təqdimatı olacaq

Azərbaycan, Bakı, 11 fevral /Trend/

Millət vəkili Qənirə Paşayeva və Dağlıq Qarabağın Azərbaycanlı İcmasının İdarə heyətinin üzvü Həvva Məmmədovanın həmmüəllifliyi ilə hazırlanmış və Xocalı soyqırımını şahidlərin dili ilə oxucuya çatdıran "Hocalı Soykırımı: Tanıkların dili ile" kitabı fevralın 16-da İqdır, 17-də isə Qars ictimaiyyətinə təqdim olunacaq.

Tədbirlərdə kitabın həmmüəllifi millət vəkili, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun üzvü Qənirə Paşayeva da iştirak edəcək.

Kitabda Xocalı soyqırımı şahidlərinin, ermənilərin əsir və girovluğunda amansız işgəncələrə məruz qalmış Xocalı sakinlərinin acı xatirələri yer alıb. Eyni zamanda, həmin dövrdə Xocalı soyqırımı ilə bağlı dünya mediasında dərc olunmuş məqalələr, Heydər Əliyevin və Prezident İlham Əliyevin Xocalı soyqırımı ilə bağlı fikirləri, bəyanatları, Milli Məclisin dünya parlamentlərinə müraciətləri də öz əksini tapıb. Bundan başqa, kitabda bu soyqırımla bağlı müxtəlif beynəlxalq təşkilatlarda yayılmış və qəbul olunmuş sənədlər yer alıb. Kitabda soyqırım dəhşətlərini, ümumən erməni terrorunu əks etdirən foto-faktlar, dəqiq rəqəmlərlə tərtib olunmuş siyahılar, o cümlədən, həlak olan, əsir və girov götürülən, itkin düşən Xocalı sakinlərinin, bütün üzvləri öldürülmüş ailələrin də siyahılar verilib.

Kitabın Türkiyə türkcəsində nəşr olunmasında məqsəd Xocalı həqiqətlərinin qardaş ölkədə daha geniş təbliği işinə xidmətdir. Kitabın nüsxələri Xocalı soyqırımı həqiqətlərinin daha geniş yayılması üçün İqdır və Qars şəhərlərinin dövlət qurumlarına, qeyri-hökumət təşkilatlarına, KİV-lərinə, universitet və kitabxanalarına veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti