...

Bakıda ticarət mərkəzinin işçilərini bıçaqlayan şəxs həbs edilib

Cəmiyyət Materials 13 Fevral 2013 20:36 (UTC +04:00)
Bakıda ticarət mərkəzinin 3 işçisini bıçaqlayan şəxs barəsində həbs-qətimkan tədbiri seçilib.
Bakıda ticarət mərkəzinin işçilərini bıçaqlayan şəxs həbs edilib

Azərbaycan, Bakı, 13 fevral /Trend/

Bakıda ticarət mərkəzinin 3 işçisini bıçaqlayan şəxs barəsində həbs-qətimkan tədbiri seçilib.

Trend Bakı şəhər prokurorluğu və şəhər Baş Polis İdarəsinin yaydığı birgə məlumata istinadən xəbər verir ki, fevralın 10-da saat 23:00 radələrində Bakı şəhər sakini Həsənov Vasif Vaqif oğlu Binəqədi rayonunun Dərnəgül qəsəbəsi ərazisində yerləşən "Elit" Ticarət Mərkəzinin qarşısında ictimai qaydanı kobud surətdə pozaraq mərkəzin əməkdaşları ilə mübahisə edib və üstündə gəzdirdiyi bıçaqla orada işləyən Məftun Qasımov, Əli Mirzəyev və İlqar İbrahimova müxtəlif dərəcəli xəsarətlər yetirib.

Mərkəzin əməkdaşları aldıqları xəsarətlərlə bağlı xəstəxanaya yerləşdiriliblər.

Fakta görə Binəqədi rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 126.1 (qəsdən sağlamlığa ağır zərər vurma) və 221.3-cü (xuliqanlıq) maddələri ilə cinayət işi başlanıb.

V.Həsənov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla ona Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə ittiham elan edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə istintaq davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti