...

Azərbaycanda veteranlara sosial xidmət göstərilməsi təsdiqlənib

Cəmiyyət Materials 22 Fevral 2013 13:32 (UTC +04:00)
Azərbaycanda veteranlara sosial xidmət göstərilməsi təsdiqlənib. Trend-in məlumatına görə, Milli Məclisin cümə günü keçirilən iclasında bununla bağlı "Veteranlar haqqında" qanuna əlavə olunub.
Azərbaycanda veteranlara sosial xidmət göstərilməsi təsdiqlənib

Azərbaycan, Bakı, 22 fevral /Trend, müxbir M.Əliyev/

Azərbaycanda veteranlara sosial xidmət göstərilməsi təsdiqlənib. Trend-in məlumatına görə, Milli Məclisin cümə günü keçirilən iclasında bununla bağlı "Veteranlar haqqında" qanuna əlavə olunub.

Qanuna əlavə olunan maddədə qeyd olunur ki, müvafiq icra hakimiyyəti orqanları, dövlət qurumları və digər təşkilatlar veteranların həyat və məişəti üçün lazımi şərait yaratmaq məqsədilə sosial xidmət müəssisələri, habelə veteranlara sosial xidmətin göstərilməsini təşkil edir.

Əlavə olunan maddədə xüsusi bəndlə göstərilir ki, veteranlara "Sosial xidmət haqqında" qanuna uyğun olaraq xidmət göstəriləcək.

Qeyd edək ki, Azərbaycanda ötən il qəbul olunan "Sosial xidmət haqqında" qanunla əhalinin sosial xidmətə olan tələbatının ödənilməsinə yönəldilən, onlara sosial xidmət müəssisələrində və evdə qulluq, iaşənin təşkili, tibbi, sosial, psixoloji, hüquqi və digər yardımların məcmusundan ibarət fəaliyyət həyata keçirləcək.

"Veteranlar haqqında" qanun isə müharibə, əmək, silahlı qüvvələr, daxili işlər, sərhəd xidməti və milli təhlükəsizlik orqanları veteranlarının statusunu, veteranlar barəsində Azərbaycanda dövlət siyasətinin əsaslarını özündə təsbit edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti