...

Azərbaycanda yeni bələdiyyə yaradılır

Cəmiyyət Materials 28 Fevral 2013 12:30 (UTC +04:00)
Azərbaycanda yeni bələdiyyə yaradılır.
Azərbaycanda yeni bələdiyyə yaradılır

Azərbaycan, Bakı, 28 fevral /Trend, müxbir M.Əliyev/

Azərbaycanda yeni bələdiyyə yaradılır. Trend-in məlumatına görə, Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında Bakının yeni yaranan Pirallahı rayonunda Pirallahı bələdiyyəsinin yaradılması müzakirə olunub.

Bununla bağlı komitə "Pirallahı rayonu ərazisində Pirallahı bələdiyyəsinin yaradılması haqqında" qanun layihəsi müzakirəyə çıxarıb.

Komitə sədri Arif Rəhimzadə yeni yaranan Pirallahı rayonun yaradılması ilə bağlı təsdiq olunan sənədləri xatırladaraq bildirib ki, yeni yaranan müstəqil Pirallahı bələdiyyəsi yeni yaradılan rayonun həyatında mühüm rol oynayacaq.

Layihəyədə həmçinin qeyd olunub ki, Pirallahı rayonunun Pirallahı qəsəbəsi Gürgən- Pirallahı bələdiyyəsinin əhatə etdiyi ərazi vahidləri tərkibindən ayrılaraq həmin qəsəbəni əhatə edən Pirallahı bələdiyyəsi yaradılacaq.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti