Azərbaycan, Bakı, 12 mart /Trend, müxbir İ.İsabalayeva/
Milli Televiziya və Radio Şurası İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) Yayım Şurasının üzvlərinin səlahiyyət müddətinin başa çatması ilə əlaqədar elan edilmiş müsabiqənin müddətini uzadıb.
Şuradan çərşənbə axşamı Trend-ə verilən məlumata görə, "İctimai televiziya və radio yayımı haqqında" qanuna uyğun olaraq, İTV-nin Yayım Şurasına idman federasiyaları, dini konfessiyalar və yaradıcılıq təşkilatları tərəfindən irəli sürülmüş namizədlərin 6 illik səlahiyyət müddətinin başa çatması ilə əlaqədar müsabiqənin müddəti 19 mart 2013-cü il tarixədək uzadılıb.
Müsabiqə səlahiyyət müddəti başa çatmış olan idman federasiyaları, dini konfessiyalar, yaradıcılıq təşkilatları - təşkilat qrupları üzrə üzvlüyə namizədlərin seçilməsi məqsədilə elan edilib.