...

MDB ölkələrinin aqrar ali təhsil müəssisələrinin rektorları Gəncəyə səfər edib

Cəmiyyət Materials 18 Aprel 2013 14:04 (UTC +04:00)
Kənd təsərrüfatı naziri İsmət Abasov və MDB ölkələrindən Rusiya, Qazaxıstan, Ukrayna, Tacikistan, Belorus və Moldovanın aparıcı aqrar ali təhsil müəssisələrinin rektorları Gəncəyə səfər ediblər.
MDB ölkələrinin aqrar ali təhsil müəssisələrinin rektorları Gəncəyə  səfər edib

Azərbaycan, Bakı, 18 aprel /Trend, müxbir İ.İzzət/

Kənd təsərrüfatı naziri İsmət Abasov və MDB ölkələrindən Rusiya, Qazaxıstan, Ukrayna, Tacikistan, Belorus və Moldovanın aparıcı aqrar ali təhsil müəssisələrinin rektorları Gəncəyə səfər ediblər.

Trend Kəpəz TV-yə istinadən xəbər verir ki, nazir Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı, ictimaiyyət nümayəndələri və rektorlarla birlikdə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib.

Sonra MDB-nin aqrar universitetlərinin rektorlar şurasının iclası keçirilib. Şuranın işində kənd təsərrüfatı naziri İsmət Abasov da iştirak edib.

Qeyd etmək lazımdır ki, 2003-cü ildə yaradılmış şura artıq 10 ildir ki, fəaliyyət göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti