...

Media mənsublarına hücumda şübhəli bilinən 4 nəfər gözaltına alınıb

Cəmiyyət Materials 23 İyun 2013 17:42 (UTC +04:00)
Taksim Gezi Parkı hadisələrinə dəstək üçün Ankarada keçirilən nümayişləri izləyən media nümayəndələrinə hücumda şübhəli bilinən 4 nəfər gözaltına alınıb.
Media mənsublarına hücumda şübhəli bilinən 4 nəfər gözaltına alınıb

Azərbaycan, Bakı, 23 iyun /Trend/

Taksim Gezi Parkı hadisələrinə dəstək üçün Ankarada keçirilən nümayişləri izləyən media nümayəndələrinə hücumda şübhəli bilinən 4 nəfər gözaltına alınıb.

Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, gecə Dikmen küçəsində hadisələri izləyən "AA" fotomüxbirlərinə hücum olmuşdu.

Media nümayəndələrinin şikayəti əsasında təhqiqata başlayan Ankara Polis İdarəsinin əməliyyatçıları hadisədə şübhəli bilinən 4 nəfəri gözaltına alıb.

Araşdırmalar davam etdirilir.

Xəbər lenti

Xəbər lenti