...

Azərbaycanda ixtisaslaşmış QHT-lər tərəfindən sosial xidmətlər göstərilir

Cəmiyyət Materials 16 Avqust 2013 17:58 (UTC +04:00)
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin paytaxtda və regionlarda sağlamlıq imkanları məhdud uşaqlara və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlara sosial xidmətlərin göstərilməsi məqsədilə KİV vasitəsilə elan etdiyi müsabiqələrə ixtisaslaşmış QHT-lər tərəfindən 50-dək layihə təqdim olunub.
Azərbaycanda ixtisaslaşmış QHT-lər tərəfindən sosial xidmətlər göstərilir

Azərbaycan, Bakı, 16 avqust /Trend/

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin paytaxtda və regionlarda sağlamlıq imkanları məhdud uşaqlara və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlara sosial xidmətlərin göstərilməsi məqsədilə KİV vasitəsilə elan etdiyi müsabiqələrə ixtisaslaşmış QHT-lər tərəfindən 50-dək layihə təqdim olunub. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən cümə günü Trend-ə daxil olan məlumatda deyilir.

QHT-lərin fəal iştirakı ilə şəffaflıq şəraitində keçirilən müsabiqələrdə qalib gəlmiş 17 QHT tərəfindən hazırda 14 sosial xidmət sahəsi üzrə xidmətlərin göstərilməsi təmin olunur.

Qeyd olunan işlər çərçivəsində 3 rayonda sağlamlıq imkanları məhdud uşaqlar üçün icma əsaslı sosial reabilitasiya mərkəzləri, 8 rayonda sözügedən şəxslərin sosial xidmətlərə çıxışının təmin olunması üçün günərzi qayğı mərkəzləri, 1 şəhərdə isə məişət zorakılığına məruz qalmış uşaqların reabilitasiyası üçün mərkəz yaradılıb. Həmçinin 10 rayonda belə uşaqlar üçün səyyar reabilitasiya xidmətlərinə, 4 rayonda 7 yaşadək uşaqlar arasında əlilliyin qarşısının alınması və sağlamlıq imkanları məhdud uşaqların Portec metodikası üzrə sosial reabilitasiyası işlərinə başlanmışdır.

Bununla yanaşı, yetkinlik yaşına çatmayanların baxımsızlığının profilaktikası, baxımsız və hüquq pozuntusu törədən uşaqların, həmçinin sosial təhlükəli vəziyyətdə olan kimsəsiz uşaqların sosial reabilitasiyası, penitensiar və xüsusi müəssisələrdən azad olunmuş uşaqların sosial adaptasiyası məqsədilə də müvafiq layihələr icra olunur.

Göstərilən xidmətlər 30-dək rayon üzrə ümumilikdə 1500 nəfər uşağı və onların ailələrini əhatə edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti