...

Bakıda yağış yağacaq

Cəmiyyət Materials 8 Noyabr 2013 13:02 (UTC +04:00)
Güclü şimal-qərb küləyi əsəcək, axşam mülayimləşəcək. Havanın temperaturunun gecə 8-12, gündüz 12-15 dərəcə isti olacağı gözlənilir.
Bakıda yağış yağacaq

Azərbaycan, Bakı, 8 noyabr /Trend, müxbir İ.İsababalyeva/

Noyabrın 9-da Bakıda bəzi yerlərdə yağış yağacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə bildiriblər ki, Bakıda və Abşeron yarımadasında noyabrın 9-da buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, bəzi yerlərdə yağış yağacağı ehtimal olunur.

Güclü şimal-qərb küləyi əsəcək, axşam mülayimləşəcək. Havanın temperaturunun gecə 8-12, gündüz 12-15 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında noyabrın 9-da arabir yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 6-11, gündüz 13-18, dağlarda gecə 0-5, bəzi yerlərdə 3 dərəcəyədək şaxta, gündüz 8-13 dərəcə isti olacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti