...

Azərbaycanda vətəndaşlar ev telefon nömrələrini istədiyi ünvana apara biləcəklər

Cəmiyyət Materials 29 Noyabr 2013 09:55 (UTC +04:00)
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyi (İB) öz şəbəkəsinə stasionar abonent nömrələrinin daşınması xidmətini tətbiq edib. Bu barədə cümə axşamı Trend-ə İB-nin baş direktorunun müavini Xankişi Kişiyev deyib.
Azərbaycanda vətəndaşlar ev telefon nömrələrini istədiyi ünvana apara biləcəklər

Azərbaycan, Bakı, 29 noyabr /Trend, müxbir H.Vəliyev/

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyi (İB) öz şəbəkəsinə stasionar abonent nömrələrinin daşınması xidmətini tətbiq edib. Bu barədə cümə axşamı Trend-ə İB-nin baş direktorunun müavini Xankişi Kişiyev deyib.

Onun sözlərinə görə, xidmət operatorun telekommunikasiya qovşaqları hüdudunda (Bakı şəhəri və paytaxtın qəsəbələri) göstərilir: "Vətəndaşlar yeni yaşayış yerinə köçərkən telefon nömrəsini saxlaya bilərlər".

X.Kişiyev hesab edir ki, xidmətin əsas istifadəçiləri arasında şirkətlər və dövlət müəssisələri ola bilər:

"Gələcəkdə xidmətin respublika ərazisi üzrə genişləndirilməsi istisna edilmir. Bu, "Bakı Telefon Rabitəsi" və "Aztelekom"un birgə səyləri sayəsində mümkün olacaq".

Xidmətin tətbiqi fiksasiya edilmiş rabitə abonentlərinə operatorun dəyişdirilməsi halında öz telefon nömrəsini saxlamağa imkan verəcək. Nömrənin daşınması abonent nömrəsinin bir operatorun şəbəkəsindən digərinin şəbəkəsinə tam miqrasiyasını nəzərdə tutur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti