...

Macarıstanın Xalq Akademiyasında Azərbaycan dilinin tədrisinə başlanıb

Cəmiyyət Materials 9 Dekabr 2013 19:36 (UTC +04:00)
Macarıstanın Lakiteleki Xalq Akademiyasında Azərbaycan dilinin tədrisinə başlanıb.
Macarıstanın Xalq Akademiyasında Azərbaycan dilinin tədrisinə başlanıb

Azərbaycan, Bakı, 9 dekabr /Trend/

Macarıstanın Lakiteleki Xalq Akademiyasında Azərbaycan dilinin tədrisinə başlanıb.

Azərbaycanın Macarıstandakı səfirliyindən Trend-ə verilən məlumata görə, akademiyanın dinləyicilərindən 24 nəfər dilimizi, eyni zamanda, bu dil vasitəsilə tarix və mədəniyyətimizi öyrənmək qərarına gəlib.

Məşğələləri Budapeştdəki Mərkəzi Avropa Universitetinin magistrantı Aynur Məmmədova aparır.

Səfirlik Azərbaycan dilini öyrənənləri müvafiq dərsliklərlə, audio materiallarla, habelə ölkəmizin həyatının müxtəlif sahələrinə dair ədəbiyyatla təmin edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti