...

Nizami rayon gəncləri bayram tədbiri keçiriblər (FOTO)

Cəmiyyət Materials 1 Fevral 2014 19:15 (UTC +04:00)
Bu gün Nizami rayonu İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının və rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Xəmsə restoranında 2 fevral - Gənclər Günü münasibəti ilə bayram şənliyi keçirilib.
Nizami rayon gəncləri bayram tədbiri keçiriblər (FOTO)

Azərbaycan, Bakı, 1 fevral /Trend/

Bu gün Nizami rayonu İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının və rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Xəmsə restoranında 2 fevral - Gənclər Günü münasibəti ilə bayram şənliyi keçirilib.

Tədbiri giriş sözü ilə açan Nizami rayon Ağsaqqallar Şurasının sədri Mail Əliyev qeyd edib ki, Ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan gəncliyi yeni və müasir inkişaf mərhələsinə qədəm qoydu: "Bu gün Azərbaycan gəncliyi inkişaf və tərəqqi etməklə yanaşı, həm də Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi gənclər siyasətini uğurla davam etdirirllər. Əlbəttə ki, bu gün Onun yolunun layiqli davamçısı Cənab Prezident İlham Əliyev praqmatik siyasəti nəticəsində bu gün Azərbaycan gəncliyi nəinki ölkənin inkişaf etdirilməsi prosesində iştirak edir, həmçinin, xarici dövlətlərdə doğma məmləkətimizin maraqlarını müdafiə edirlər".

Daha sonra tədbirdə çıxış edən Nizami rayon Gənclər və İdman İdarəsinin rəisi Elşən Mirzəyev xatırladıb ki, Ümummilli lider Heydər Əliyevin qərarı ilə 1994-cü ildə Gənclər və İdman Nazirliyi yaradılıb: "Eyni zamanda 2 fevral 1996-cı ildə müstəqil Azərbaycan gənclərinin ilk forumu keçirilib. 1997-ci il fevralın 2-dən isə Azərbaycan gəncləri hər il bu günü təntənəli şəkildə bayram kimi qeyd edir. Əlbəttə ki, bütün bunlar İlham Əliyev cənabları tərəfindən Azərbaycanda gənclərinə göstərilən diqqət və qayğının nəticəsidir. Əbəs yerə deyil ki, bu gün Nizami rayonu gəncləri beynəlxalq yarışlarda yüksək nəticələr göstərərək, Azərbaycan bayrağını ucaldaraq onu dalğalandırırlar. Bu artıq bir ənənə şəklini almağa başlayıb".

YAP Nizami rayon təşkilatının Aparat rəhbəri Ramil Vəlibəyov isə öz növbəsində vurğulayıb ki, Nizami rayon gəncləri sosial-intellektual sahədə əhəmiyyətli nailiyyətlər əldə etməklə yanaşı, ölkənin ictimai-siyasi proseslərində də aktiv iştirak edir və öz töhfəsini verirlər: "Azərbaycanda keçirilmiş son prezident seçkilərində gənclərin xüsusi fəallıq göstərməsi onların dövlətə və xalqa olan sədaqətini isbatlamış oldu. Bu sırada YAP Nizami rayon gənclərinin xüsusi əməyini qeyd etmək lazımdır".

Daha sonra göstərdikləri fəallıqlara və nailiyyətlərinə görə bir qrup gənc fəxri fərman və diplomlarla təltif edildi, eyni zamanda partiya sıralarına yeni qoşulmuş gənclərə vəsiqələr təqdim olunub.

Tədbir bədii hissə ilə davam etdirilib.

Xəbər lenti

Xəbər lenti