...

Azərbaycanda neft və ağır metallarla çirklənmiş torpaqların təmizlənməsi üçün yeni teхnоlоgiyа hаzırlаnacaq

Cəmiyyət Materials 6 Fevral 2014 10:49 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyası akad. Ə.M.Quliyev adına Aşqarlar Kimyası İnstitutunda neft və ağır metallarla çirklənmiş torpaqların mikrobioloji üsulla təmizlənməsi üçün müvаfiq prepаrаtlаrın biоteхnоlоgiyаsının işlənib hаzırlаnmаsını nəzərdə tutan məqsədyönlü elmi tədqiqatlar aparılır.
Azərbaycanda neft və ağır metallarla çirklənmiş torpaqların təmizlənməsi üçün yeni teхnоlоgiyа hаzırlаnacaq

Azərbaycan, Bakı, 6 fevral /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Milli Elmlər Akademiyası akademik Ə.M.Quliyev adına Aşqarlar Kimyası İnstitutunda neft və ağır metallarla çirklənmiş torpaqların mikrobioloji üsulla təmizlənməsi üçün müvаfiq prepаrаtlаrın biоteхnоlоgiyаsının işlənib hаzırlаnmаsını nəzərdə tutan məqsədyönlü elmi tədqiqatlar aparılır.

İnstitutdan Trend-ə verilən məlumata görə, işlər Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Elm Fondunun dəstəyi ilə "Neftlə və ağır metallarla çirklənmiş torpaqların təmizlənməsi" adlı layihə çərçivəsində həyata keçirilir.

2014-cü ilin oktyabr ayında yekunlaşacaq 2 illik layihənin rəhbəri İnstitutun direktoru, akademik Vaqif Fərzəliyevdir.

Layihənin məqsədinə uyğun olaraq neft və ağır metallarla çirklənmiş torpaq nümunələri Abşeron yarımadasında yerləşən Buzovna-Maştağa və Qala sahələrindən götürülüb. Tədqiqatın ilkin mərhələsində çirklənmiş ərazilərdən torpaq nümunələri götürülərək, onların fiziki-kimyəvi və mikrobioloji xassələri təyin edilib.

Neft və ağır metallarla çirklənmiş ərazilərin müəyyənləşdirilməsi ilə yanaşı həmin ərazilərdə məskunlaşmış səmərəli bitki növlərinin - metal akkumulyatorlarının, həm də bu torpaq-iqlim şəraiti üçün səciyyəvi olan aktiv mikroorqanizm - destruktorların axtarışı aparılıb. Bütün nümunələrdə neftin miqdarı (3,85%, 6,6%, 7,2%, 12,2%), bəzi ağır metalların miqdarı (Buzovna-Maştağa (Ba-76 %; Cd-0,53 %; Cu-7,8 %); Qala (Ba-120 %; Cd-0,2 %; Cu-12,2 %), fiziki-kimyəvi (nəmlik, pH) və mikrobioloji göstəricilər müəyyən olunub.

Tədqiqatların nəticəsindən görünür ki, xam (ilkin) neftdən fərqli olaraq neft çirklənmələrinin ekstraktları yüngül fraksiyalara malik deyil və daha yüksək sıxlıqla xarakterizə olunur. İqlim-ekologiya amillərinin təsiri nəticəsində neftin fraksiya tərkibində dəyişikliklər baş verir. İlkin neftlə müqayisədə ekstraktların sıxlığının artması, çox güman ki, onların tərkibində olan yüngül karbohidrogenlərin azalması və qətran maddələrinin artması hesabına baş verir.

Laboratoriya şəraitində aparılmış tədqiqatlar nəticəsində Qala və Buzovna yataqları torpaqlarının neft çirklənmələrindən effektiv təmizlənməsi üçün mikroorqanizm və bitkidən ibarət rasional kompleks təklif olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti