...

"Qahirə" telekanalında Xocalı soyqırımı ilə əlaqədar veriliş efirə gedib

Cəmiyyət Materials 20 Fevral 2014 19:35 (UTC +04:00)
2014-cü ilin 17 fevral tarixində Misirin “Qahirə” televiziya kanalında Xocalı soyqırımı ilə əlaqədar veriliş efirə gedib.
"Qahirə" telekanalında Xocalı soyqırımı ilə əlaqədar veriliş efirə gedib

Azərbaycan, Bakı, 20 fevral /Trend/

2014-cü ilin 17 fevral tarixində Misirin "Qahirə" televiziya kanalında Xocalı soyqırımı ilə əlaqədar veriliş efirə gedib.

Azərbaycanın Misirdəki səfirliyindən Trend-ə verilən məlumata görə, verilişdə Xocalı haqqında ərəb dilində "Məhv edilmiş şəhər" sənədli filmi göstərilib.

Filmdə Xocalı hadisələrinin baş vermə səbəbləri, Sovet İttifaqı rəhbərliyinin erməni separatçılarına, Ermənistan hökümətinə havadarlığı, 1992-ci il 25-26 fevral tarixində Xocalıda dinc Azərbaycan əhalisinə qarşı törədilmiş vəhşiliklər geniş şəkildə nümayiş etdirilib.

Veriliş çərçivəsində müsahibə verən səfir Şahin Abdullayev 1980-ci illərin sonlarından başlayaraq, Ermənistanın Azərbaycana qarşı irəli sürdüyü ərazi iddiaları və törətdiyi vəhşiliklər barədə ətraflı məlumat verərək, SSRİ-in dağılmasından sonra Ermənistanın Azərbaycana qarşı genişmiqyaslı müharibəyə başladığını və Xocalı şəhərinin bu açıq-aşkar təcavüzün ilk hədəflərindən biri olduğunu vurğulayıb.

Xocalı əməliyyatının təşkil edilməsində o zaman Dağlıq Qarabağda dislokasiya olunan keçmiş SSRİ-in 366-cı alayının da iştirak etdiyini deyən Ş.Abdullayev Xocalının insanlıq əleyhinə cinayət olduğunu bildirib və Ermənistan rəhbərliyində olan şəxslərin bu əməllərə görə məsuliyyət daşıdığını diqqətə çatdırıb.

Ətraflı: http://www.youtube.com/watch?v=GJ6xkF2WlXk&feature=em-upload_owner

Məqalədə:
Xəbər lenti

Xəbər lenti