...

Mərkəzi Elmi Kitabxanada akademik Akif Əlizadənin 80 illik yubileyi münasibətilə sərgi açılıb (FOTO)

Cəmiyyət Materials 24 Fevral 2014 14:17 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi üzvü, AMEA-nın prezidenti, Əməkdar elm xadimi, Azərbaycan Dövlət Mükafatı laureatı Akif Əlizadənin 80 illik yubileyi münasibəti ilə AMEA Mərkəzi Elmi Kitabxanasında (MEK) görkəmli alimin Azərbaycan və rus dillərində nəşr olunmuş kitabları və monoqrafiyalarından ibarət sərgi açılıb.
Mərkəzi Elmi Kitabxanada akademik Akif Əlizadənin 80 illik yubileyi münasibətilə sərgi açılıb  (FOTO)

Azərbaycan, Bakı, 24 fevral /Trend/

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi üzvü, AMEA-nın prezidenti, Əməkdar elm xadimi, Azərbaycan Dövlət Mükafatı laureatı Akif Əlizadənin 80 illik yubileyi münasibəti ilə AMEA Mərkəzi Elmi Kitabxanasında (MEK) görkəmli alimin Azərbaycan və rus dillərində nəşr olunmuş kitabları və monoqrafiyalarından ibarət sərgi açılıb.

Mərkəzi Elmi Kitabxananın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, sərgidə Akademik Akif Əlizadənin əsərləri, həyatı, elmi-təşkilati və ictimai fəaliyyəti haqqında olan ədəbiyyatlar ayrıca bölmələr altında öz əksini tapıb. Həmçinin yubiliyarın əsərləri, həyat və fəaliyyətini əks etdirən nəşrlər, o cümlədən elmi redaktoru olduğu kitablar və müxtəlif illərdə məqalələrlə çıxış etdiyi qəzet və jurnallar həm ənənəvi, həm də virtual şəkildə nümayiş etdirilib. Eyni zamanda yubiliyarın həyat və fəaliyyətinin müxtəlif dövrlərini əhatə edən videomateriallar da təqdim edilib.

Sərgi 15 gün müddətində davam edəcək.

Qeyd edək ki, Mərkəzi Elmi Kitabxanada akademik Akif Əlizadənin 80 illik yubileyi münasibətilə alimin həyat və fəaliyyətini əks etdirən şəxsi biblioqrafiya göstərici nəşrə hazırlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti