...

Bakının bir hissəsinə içməli su məhdudiyyətlərlə veriləcək

Cəmiyyət Materials 2 Aprel 2014 09:54 (UTC +04:00)
Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abunəçilərdən üzr istəyir.
Bakının bir hissəsinə içməli su məhdudiyyətlərlə veriləcək

Azərbaycan, Bakı, 2 aprel /Trend/

Bakının bir hissəsinə içməli su məhdudiyyətlərlə veriləcək.

"Azərsu" ASC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Bakı şəhəri Suraxanı rayonunun Bülbülə qəsəbəsi ərazisində yeni çəkilmiş 1000 mm diametrli boru xəttinin şəbəkəyə qoşulması ilə əlaqədar 02 aprel 2014-cü il tarixində gün ərzində Sabunçu, Suraxanı və Xəzər rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaqdır.

Yaranmış narahatlıqla əlaqədar "Azərsu" ASC abunəçilərdən üzr istəyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti