...

Bakı Olimpiya Stadionuna gediş-gəlişi asanlaşdıracaq tunelin tikintisi davam edir (FOTO)

Cəmiyyət Materials 15 Aprel 2014 10:46 (UTC +04:00)
Bakıda Olimpiya Stadionuna gedən avtomobil yolunun tikintisi çərçivəsində Ziya Bünyadov prospektində "Əyyub Petrol" yanacaqdoldurma məntəqəsinin yanında ikinci tunelin tikintisi işləri davam etdirilir.
Bakı Olimpiya Stadionuna gediş-gəlişi asanlaşdıracaq tunelin tikintisi davam edir (FOTO)

Azərbaycan, Bakı, 15 aprel /Trend, müxbir İ.İzzət/

Bakıda Olimpiya Stadionuna gedən avtomobil yolunun tikintisi çərçivəsində Ziya Bünyadov prospektində "Əyyub Petrol" yanacaqdoldurma məntəqəsinin yanında ikinci tunelin tikintisi işləri davam etdirilir. Bu barədə Trend-ə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib.

Onun sözlərinə görə, tunel 6 hərəkət zolaqlı (3 gediş, 3 gəliş) olacaq: "Bu tunelin tikintisində məqsəd Olimpiya Stadionuna sürətli, menesiz gediş-gəlişi təmin etməkdir. Yəni Həsən Əliyev küçəsinin sonu ilə çəkilən yol tunel vasitəsi ilə Olimpiya Stadionunadək gedib çıxacaq və nəqliyyat vasitələrinin Olimpiya Stadionuna, eyni zamanda əks tərəfə rahat hərəkəti mümkün olacaq".

P.Mürsəliyev qeyd edib ki, hazırda tuneldə qazma üsulu ilə svayların vurulması, svay başlığında rigelin, istinad divarları, təməl və gövdələrin betonlanması işləri gedir. Buna paralal olaraq tuneldə qazma işləri də aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti