...

Azərbaycanda ayrı-ayrı sosial təminat növlərindən istifadə üçün tələb edilən sənədlərin siyahıları açıqlanıb

Cəmiyyət Materials 3 İyul 2014 15:27 (UTC +04:00)
Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) rəsmi www.mlspp.gov.az internet saytında bir sıra təkmilləşdirmə işləri aparılıb.
Azərbaycanda ayrı-ayrı sosial təminat növlərindən istifadə üçün tələb edilən sənədlərin siyahıları açıqlanıb

Azərbaycan, Bakı, 3 iyul /Trend/

Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) rəsmi www.mlspp.gov.az internet saytında bir sıra təkmilləşdirmə işləri aparılıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, ilk olaraq sayta daxil olmaq imkanlarının genişləndirilməsi məqsədilə www.eesmn.gov.az domeni yaradılıb və artıq hər iki domenlə sayta müraciət etmək mümkündür.

Aparılan təkmilləşdirmə işlərinin davamı kimi, ayrı-ayrı sosial təminat növlərindən istifadə üçün tələb edilən sənədlərin siyahıları sayta yerləşdirilib. Belə ki, son vaxtlar müvafiq qanunvericiliklərə edilmiş dəyişikliklər nəzərə alınmaqla tibbi-sosial ekspert komissiyaları (TSEK) tərəfindən ilkin və ya təkrar əlillik müayinəsinin aparılması üçün tələb olunan sənədlərin siyahısı, həmçinin dövlət hesabına mənzil, minik avtomobili, reabilitasiya vasitələri, sanator-kurort yollayışları ilə təmin olunmaq üçün tələb edilən sənədlərin siyahıları açıqlanıb.

"Avtomobillərlə təminat" alt bölümündə dövlət hesabına minik avtomobili ilə təmin olunmaq məqsədilə tibbi göstərişin müəyyən edilməsiı üçün TSEK-lərə təqdim olunan sənədlər yerləşdirilib. Burada, həmçinin əlilliyi olan şəxsin dövlət tərəfindən pulsuz verilmiş avtomaşını səhhəti ilə əlaqədar idarə edə bilmədiyi halda həmin avtomaşının idarə olunmasını digər şəxsə həvalə etmək üçün tələb olunan sənədlərin siyahısı ilə də tanış olmaq olar. Əlilliyi olan şəxsə verilmiş avtomaşınının digər şəxs tərəfindən idarə edilməsi, həmçinin əlilliyi olan şəxs vəfat etdikdə, dövlət tərəfindən ona verilmiş avtomaşının ailə üzvlərindən birinin adına keçirilməsi üçün təqdim edilməli olan sənədlərin siyahısı da bu bölümdə təqdim olunur.

Saytın "Fəaliyyət və xidmətlər" bölməsində reabilitasiya vasitələri, sanator-kurort yollayışları ilə təmin olunmaq üçün tələb olunan sənədlərin siyahıları da əksini tapıb.

TSEK-lər tərəfindən ilkin və ya təkrar əlillik müayinəsinin aparılması üçün tələb olunan sənədlərin və ünvanlı dövlət sosial yardımı almaq üçün tələb olunan sənədlərin siyahıları da saytın ön səhifəsində yerləşdirilib.

Bu il iyulun 1-dən tətbiqinə başlanılan əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sistemindən istifadə üzrə metodiki göstərişlərlə, eləcə də əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları ilə saytın ana səhifəsində tanış olmaq mümkündür.

Qeyd edək ki, bu ilin əvvəlindən ünvanlı sosial yardım alanların, sosial müavinətlər və təqaüd alanların, mənzil alanların və növbədə duranların, avtomobil alanların və növbədə duranların siyahıları nazirliyin saytında ictimaiyyətə açıqlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti