...

Rus bölməsi abituriyentləri üçün “Azərbaycan dili” fənnindən keçirilən imtahanın nəticələri açıqlanıb

Cəmiyyət Materials 3 İyul 2014 15:43 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2014-cü il iyulun 3-də Bakı şəhərində rus bölməsi abituriyentləri üçün “Azərbaycan dili” fənnindən keçirdiyi imtahanın nəticələrini açıqlayıb.
Rus bölməsi abituriyentləri üçün “Azərbaycan dili” fənnindən keçirilən imtahanın nəticələri açıqlanıb

Azərbaycan, Bakı, 3 iyul /Trend, müxbir İlhamə İsabalayeva/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2014-cü il iyulun 3-də Bakı şəhərində rus bölməsi abituriyentləri üçün "Azərbaycan dili" fənnindən keçirdiyi imtahanın nəticələrini açıqlayıb. Komissiyadan Trend-ə verilən məlumata görə, imtahanın nəticələri TQDK-nın internet saytında yerləşdirilmişdir.

İmtahanda iştirak etmiş abituriyentlər Komissiyanın internet saytı vasitəsilə nəticələri haqqında məlumatla, habelə cavab kartının qrafik təsviri ilə tanış ola bilərlər.

Abituriyentlər imtahanın nəticələri haqqında məlumatı həmçinin mobil telefonla şagird kodunu 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

İmtahanda iştirakı nəzərdə tutulan 1216 abituriyentdən 528 nəfəri imtahana gəlməmişdir.

İmtahanda iştirak etmiş 688 abituriyentdən 474 nəfəri tələb olunan müsabiqə şərtini ödəyərək "məqbul" qiyməti almışdır.

"Azərbaycan dili" fənnindən məqbul qiyməti almayan rus bölməsinin abituriyentləri 2014/2015-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə və tam orta təhsil bazasından (11 illik) orta ixtisas təhsili müəssisələrinə keçiriləcək qəbul imtahanlarında iştirak etmək hüququnu itirirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti