...

Silahlı Qüvvələrin nümayəndələri üçün təşkil olunan ingilis dili kursunun buraxılış mərasimi keçirilib (FOTO)

Cəmiyyət Materials 18 İyul 2014 20:12 (UTC +04:00)
İyulun 18-də Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində ABŞ Hərbi Dillər İnstitutunun təlimatçıları tərəfindən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin qulluqçuları üçün təşkil olunan 6 aylıq intensiv ingilis dili kursunun buraxılış mərasimi keçirilib.
Silahlı Qüvvələrin nümayəndələri üçün təşkil olunan ingilis dili kursunun buraxılış mərasimi keçirilib (FOTO)

Azərbaycan, Bakı, 18 iyul /Trend/

İyulun 18-də Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində ABŞ Hərbi Dillər İnstitutunun təlimatçıları tərəfindən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin qulluqçuları üçün təşkil olunan 6 aylıq intensiv ingilis dili kursunun buraxılış mərasimi keçirilib.

Müdafiə Nazirliyinin mətbuat ximdətindən Trend-ə verilən məlumata görə, mərasimdə iştirak edən ABŞ-ın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Riçard Morninqstar və Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq idarəsinin rəisi general-mayor Ramiz Nəcəfov kursu bitirən məzunları sertifikatlarla təltif ediblər.

Qeyd edək ki, ölkəmizdə ingilis dili kursları 2004-cü ildən bir qrup, 2005-ci ildən isə dörd qrup şəklində fəaliyyətini davam etdirir. Kursu bitirən zabit və gizirlər ixtisaslarına uyğun olaraq ildə bir dəfə ABŞ-da təşkil olunan kurslarda iştirak edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti