...

Bank Technique-də qanvermə aksiyası keçirilib

Cəmiyyət Materials 19 Dekabr 2014 15:40 (UTC +04:00)
“Bank Technique” ASC korporativ sosial məsuliyyət layihələri çərçivəsində növbəti qanvermə aksiyasını təşkil edib.
Bank Technique-də qanvermə aksiyası keçirilib

Azərbaycan, Bakı, 19 dekabr /Trend/

"Bank Technique" ASC korporativ sosial məsuliyyət layihələri çərçivəsində növbəti qanvermə aksiyasını təşkil edib.

Talassemiya xəstəliyindən əziyyət çəkən uşaqlara təmənnasız kömək məqsədini daşıyan tədbirdə könüllülük əsasında bankın Baş ofis və Bakı filiallarının çoxsaylı əməkdaşları iştirak ediblər.

Talassemiya - genetik nöqsan nəticəsində hemoqlobin sintezinin pozulması və xroniki anemiya ilə xarakterizə olunan irsi qan xəstəliyidir. Talassemiyadan əziyyət çəkən uşaqların vəziyyətini onlara qan köçürməklə yüngülləşdirmək olur.

Azərbaycan Talassemiya Federasiyası və Qan Donorları Assosiasiyası İctimai Birliyi ilə birlikdə keçirilən aksiya 20 dekabr - BMT-nin Beynəlxalq İnsan Həmrəyliyi Gününə həsr edilib. Bu növ tədbirlərin təşkili xeyriyyə addımı olmaqla, aksiya iştirakçılarına da birgə dəyərlərə yiyələnməyə yardım edir.

1994-cü ildən Azərbaycanın maliyyə xidmətləri bazarında fəaliyyətə başlayan "Bank Technique" Açıq Səhmdar Cəmiyyəti (ASC) 2012-ci ilin sentyabr ayında həyata keçirdiyi uğurlu rebrendinq nəticəsində innovativ və qabaqcıl bank imicini yarada bilib. Özəl bank sektorunda uğurlu və sürətli inkişaf mexanizmi ilə fərqlənən "Bank Technique" ASC Azərbaycanda geniş spektrdə bank və maliyyə xidmətləri göstərir.

Hazırda Bank Technique-in 29 filial və 29 şöbəsi Bakı, Gəncə, Sumqayıt, Abşeron, Mingəçevir, Quba, Qəbələ, Beyləqan, Biləsuvar, Zaqatala, Cəlilabad, Ağstafa və Lənkəranda müştərilərin xidmətindədir.

Daha ətraflı məlumat üçün: www.banktechnique.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti