...

Həftəsonu istirahət etmək istəyənlər üçün hava proqnozu

Cəmiyyət Materials 30 Yanvar 2015 13:07 (UTC +04:00)
Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 2-5, gündüz 7-10 dərəcə isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunu, nisbi rütubət gecə 85-95, gündüz 60-70 faiz təşkil edəcək.
Həftəsonu istirahət etmək istəyənlər üçün hava proqnozu

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 30 yanvar /Trend, müxbir İlhamə İsabalyeva/

Yanvarın son günü günü Azərbaycanda hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə bildiriblər ki, Bakıda və Abşeron yarımadasında yanvarın 31-də bəzi yerlərdə yağış yağacağı, havanın günün ikinci yarısında dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Cənub-şərq küləyi əsəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 2-5, gündüz 7-10 dərəcə isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunu, nisbi rütubət gecə 85-95, gündüz 60-70 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında yanvarın 31-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, Lənkəran-Astara zonasında yağıntılı olacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 0-5, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 0-5, yüksək dağlıq ərazilərdə 5-10 dərəcə şaxta, gündüz 4-9 dərəcə isti olacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti