...

"BankTechnique" körpə azərbaycanlı qızın əməliyyat xərclərini ödəyib

Cəmiyyət Materials 30 Yanvar 2015 13:56 (UTC +04:00)
“Bank Technique” ASC körpə Təhminə Quliyevanın gözlərində Rusiyanın Sankt-Peterburq şəhərində keçirilməsi nəzərdə tutulan əməliyyatın xərclərini öz üzərinə götürüb.
"BankTechnique" körpə azərbaycanlı qızın əməliyyat xərclərini ödəyib

Azərbaycan, Bakı, 30 yanvar /Trend/

"Bank Technique" ASC körpə Təhminə Quliyevanın gözlərində Rusiyanın Sankt-Peterburq şəhərində keçirilməsi nəzərdə tutulan əməliyyatın xərclərini öz üzərinə götürüb. Bankdan Trend-ə cümə günü verilən məlumata görə, bank həmçinin körpənin və onun anasının nəqliyyat məsrəflərini də ödəyib.

Qeyd edək ki, Təhminə 2014-cü ilin yayında dünyaya göz açmış iki əkiz uşaqdan biridir. Müayinə zamanı həkimlər onda prematorial retinopatiya (gözün tor qışası damarlarının anormal inkişafı ilə müşayiət edilən ağır göz xəstəliyi) və hər iki gözün kataraktası diaqnozunu müəyyən ediblər.

Statistikaya görə, bütün dünyada retinopatiya xəstəliyi erkən doğulmuş körpələrdə korluq və zəif görmənin əsas səbəblərindən hesab edilir. Gözlərində artıq bir neçə cərrahiyə əməliyyatı keçirilmiş Təhminənin yaxın gələcəkdə sağalaraq normal həyata davam etməsini böyük ümid və səbirsizliklə gözləyirik.

Qeyd edək ki, əməliyyata xərclənən pul vəsaiti bank tərəfindən Bakıda təşkil edilmiş "Soyuq əllər, isti ürək" xeyriyyə yarmarkasından əldə olunub və əvvəlcədən elan olunduğu kimi, bütün toplanmış vəsait xeyriyyə işlərinə xərclənib.

"Bank Technique" davamlı olaraq korporativ sosial məsuliyyət layihələrini həyata keçirir, o cümlədən uşaq tibbi sağlamlığına da mütəmadi dəstək göstərir.

1994-cü ildən Azərbaycanın maliyyə xidmətləri bazarında fəaliyyətə başlayan "Bank Technique" Açıq Səhmdar Cəmiyyəti (ASC), 2012-ci ilin sentyabr ayında həyata keçirdiyi uğurlu rebrendinq nəticəsində, innovativ və qabaqcıl bank imicini yarada bilib. Özəl bank sektorunda uğurlu və sürətli inkişaf mexanizmi ilə fərqlənən "Bank Technique" ASC, Azərbaycanda geniş spektrdə bank və maliyyə xidmətləri göstərir.

Hazırda "Bank Technique"in 29 filial və 26 şöbəsi Bakı, Gəncə, Sumqayıt, Abşeron, Mingəçevir, Quba, Qəbələ, Beyləqan, Biləsuvar, Zaqatala, Cəlilabad, Ağstafa və Lənkəranda müştərilərin xidmətindədir.

Daha ətraflı məlumat üçün www.banktechnique.az saytına baxa bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti