...

Bakının bu yollarında məhdudiyyətlər olacaq

Cəmiyyət Materials 9 May 2015 10:40 (UTC +04:00)
Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən Bakı şəhərində nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri həyata keçirilir.
Bakının bu yollarında məhdudiyyətlər olacaq

Azərbaycan, Bakı, 9 may /Trend/

Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC tərəfindən Bakı şəhərində nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri həyata keçirilir.

ASC-dən Trend-ə verilən məlumata görə, bu gün 11:00-dan saat 17:00-dək Heydər Əliyev prospektinin "Sabunçu" yol qovşağından "Hava limanı" yol qovşağınadək olan yolun hərəkət hissəsinin üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq.

Bu səbəbdən göstərilən müddət ərzində sözügedən ərazidə nəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılacaq. Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC sürücülərdən görülən işlərə anlayışla yanaşmalarını xahiş edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti