...

Azərbaycanda əvvəlki illərin məzunları üçün keçirilən qəbul imtahanının nəticələri açıqlandı

Cəmiyyət Materials 19 May 2015 16:55 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) mayın 17-də ali təhsil müəssisələrinə əvvəlki illərin məzunları üçün II və III ixtisas qrupları üzrə keçirdiyi qəbul imtahanının nəticələrini açıqlayıb.
Azərbaycanda əvvəlki illərin məzunları üçün keçirilən qəbul imtahanının nəticələri açıqlandı

Azərbaycan, Bakı, 19 may /Trend, müxbir İlhamə İsabalayeva/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) mayın 17-də ali təhsil müəssisələrinə əvvəlki illərin məzunları üçün II və III ixtisas qrupları üzrə keçirdiyi qəbul imtahanının nəticələrini açıqlayıb.

Komissiyadan Trend-ə verilən məlumata görə, imtahanda iştirak etmiş abituriyentlər TQDK-nın internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilərlər.

Abituriyentlər imtahan nəticələrini mobil telefonla iş nömrələrini 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

Nəticələrə əsasən, imtahanda iştirak etmək üçün sənəd vermiş 16 071 abituriyentdən 1010 nəfəri imtahana gəlməyib. İmtahanda iştirak edən 15 061 abituriyentdən 35 nəfəri imtahan qaydalarını pozduğu üçün imtahandan xaric olunub və nəticələri ləğv edilib. TQDK-nın internet saytında imtahanda iştirak edən 15 026 abituriyentin imtahan nəticələri yerləşdirilib.

İxtisas seçimi qəbul imtahanları başa çatdıqdan sonra (həm əvvəlki illərin, həm də cari ilin məzunlarının) bütün ixtisas qrupları üzrə iyulun 30-dan avqustun 11-dək aparılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti