...

Ucqar kənd məktəbləri də elektron resurslardan istifadə edə biləcək

Cəmiyyət Materials 4 Avqust 2015 12:18 (UTC +04:00)
Artıq ucqar yaşayış məntəqələrindəki məktəblərin müəllim və şagirdləri də şəbəkə vasitəsilə elektron resurslardan istifadə imkanı qazanıblar.
Ucqar kənd məktəbləri də elektron resurslardan istifadə edə biləcək

Azərbaycan, Bakı, 4 avqust /Trend, müxbir İlhamə İsabalayeva/

Son 5 ayda Bakı, Sumqayıt, Mingəçevir şəhərlərini və Şəmkir, Qəbələ, Ucar, Biləsuvar, Samux, Qax, Zaqatala, Oğuz, Ağsu, Tovuz rayonlarını əhatə edən 151 təhsil müəssisəsi Azərbaycan Təhsil Şəbəkəsinə (ATŞ) qoşulub.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planına uyğun olaraq həyata keçirilən bu işlər ölkədə tədris prosesinin daha effektiv qurulmasına şərait yaratmaqla yanaşı, məsafədən asılı olmayaraq təhsildə müsbət təcrübənin ötürülməsini təmin edir.

Bu günədək ATŞ-yə 1971 təhsil müəssisəsi qoşulub. Şəbəkəyə qoşulmuş təhsil müəssisələri yüksək sürətli internetlə təmin olunub, onların şəbəkə daxilində bir-biriləri və Təhsil Nazirliyinin qurumları ilə əlaqələndirilməsi təmin edilib.

Artıq ucqar yaşayış məntəqələrindəki məktəblərin müəllim və şagirdləri də şəbəkə vasitəsilə elektron resurslardan istifadə imkanı qazanıblar. ATŞ-də istifadə edilən "Websens" proqramının internet filtrasiya sistemi vasitəsilə məktəblilər üçün zərərli hesab edilən veb-saytlara giriş məhdudlaşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti