...

Azərbaycanda 19 dərəcə isti olacaq

Cəmiyyət Materials 4 Noyabr 2015 12:40 (UTC +04:00)
Sabah Azərbaycanın havanın maksimal temperaturu 17 dərəcə isti olacaq.
Azərbaycanda 19 dərəcə isti olacaq

Azərbaycan, Bakı, 4 noyabr /Trend, müxbir İlhamə İsabalayeva/

Sabah Azərbaycanın havanın maksimal temperaturu 19 dərəcə isti olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən xəbərə görə, Bakı və Abşeron yarımadasında noyabrın 5-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Səhər zəif duman olacaq, yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi əsəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 6-10, gündüz 14-17 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında noyabrın 5-də əsasən yağmursuz, gecə və səhər bəzi yerlərdə duman, şərq rayonlarında çiskin iolacaq. Ayrı-ayrı yerlərdə arabir güclənən qərb küləyi əsəcək.

Aran rayonlarında havanın temperaturu gecə 6-11, gündüz 14-19, dağlarda gecə 0-5 , gündüz 10-15 dərəcə isti olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti