...

Nardaran sakinlərindən silah-sursatı təhvil vermək tələb edilib

Cəmiyyət Materials 1 Dekabr 2015 18:18 (UTC +04:00)
Bu gün günorta saatlarında Nardarana gələn daxili işlər nazirinin müavini, polis general-leytenantı Vilayət Eyvazov qəsəbə sakinləri ilə görüşüb.
Nardaran sakinlərindən silah-sursatı təhvil vermək tələb edilib

Bakı. Trend:

Bu gün günorta saatlarında Nardarana gələn daxili işlər nazirinin müavini, polis general-leytenantı Vilayət Eyvazov qəsəbə sakinləri ilə görüşüb.

Trend-in əməkdaşının məlumatına görə, V.Eyvazov qəsəbə sakinləri ilə görüşündə onlarda olan qanunsuz silah və sursatı könüllü olaraq təhvil verməyi tələb edib.

Qeyd edək ki, bu gün saat 08:00-da vətəndaşlarımızın hüquqlarının, azadlıqlarının, qanuni mənafelərinin müdafiəsi, əllərdə qanunsuz saxlanılan odlu silahların, partlayıcı maddə və qurğuların yığılması məqsədilə Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirilməsinə başlanılıb.

Müvafiq plana uyğun olaraq Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının və nizami polis hissələrinin məhdud sayda xüsusi texnikası, şəxsi heyəti qəsəbəyə daxil olub, müəyyən edilmiş yerlərdə postlar qoyulub və hazırda xüsusi əməliyyat zonasında Baş Prokurorluğun, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin istintaq-əməliyyat qrupu fəaliyyət göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti